“Natiq Əliyev şəffaf adam idi” - MİRVARİ QƏHRƏMANLI

  • By admin
  • 09 İyun 2017 16:48

2017-06-09-13-43-24mirvarinatiq
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində müalicə olunan Azərbaycanın Energetika naziri Natiq Əliyev bu gün dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlı Unikal.org-a bildirib ki, Natiq müəllimin ölüm xəbərini eşitdikdən sonra özünə gələ bilmir:

“O, təmiz və işini bilən adam idi. Mən onu həm neftçi, həm qeyri-dövlət neft siyasətini şəffaflıqla apara bilən kadr kimi tanıyıram. Natiq Əliyev qohumbazlıqdan kənar, biliyə, savada, sahə üzrə peşəkarlığa qiymət verə bilən insan idi. Ətrafına yığdığı kadrları bacarığına görə qiymətləndirirdi. Heyif ki, Azərbaycanın neft sektorunda Natiq müəllim kimi adamı çıraqla da axtarsan tapa bilməzsən”.

M.Qəhramanlı N.Əliyevlə olan xatirələrini də bölüşüb: “Mənim Natiq müəllimlə bağlı xatirələrimdə yadda qalan üç hadisə var. Nazirliyin şöbə rəisi vəzifəsində çalışmışam. Heç zaman xətrimə dəyməyib və mənə qarşı çox ədalətli olub. Şöbə rəisi olduğum dövrdə istənilən vaxt onun yanına girir və sözümü deyirdim. Həddindən artıq özümə qarşı hörmət görmüşəm. Natiq müəllim məni baxışlarıma görə təqib etməyib. O, çox yaxşı bilirdi ki, mən müxalifətdə olmuşam. 1996-cı ildə Nefçilərin Hüquqlarını Müdafiə Təşkilatını yaradanda N.Əliyev heç vaxt mənə qarşı basqı etməyib. Natiq Əliyevin əleyhinə danışan adamlar lənətə gəlsin. O, korrupsiyadan uzaq və şəffaf adam idi. Həyatımda ikinci adamdır ki, onun ölümünə görə heyfslənirəm”.