
Mərhum energetika naziri, “Şöhrət” ordenli əməkdar mühəndis Natiq Əliyevin qırx mərasimi iyulun 19-da Heydər məscidində keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.
Xatırladaq ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. O, iyunun 6-da İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.
N.Əliyev 2005-2013-cü illərdə sənaye və energetika naziri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləyib.
Gununsesi.info