Natiq Əliyev üçün qırx mərasimi Heydər məscidində veriləcək

  • By admin
  • 18 İyul 2017 10:32

natiq-aliyev

Mərhum energetika naziri, “Şöhrət” ordenli əməkdar mühəndis Natiq Əliyevin qırx mərasimi iyulun 19-da Heydər məscidində keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

Xatırladaq ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. O, iyunun 6-da İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.

N.Əliyev 2005-2013-cü illərdə sənaye və energetika naziri, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləyib.

Gununsesi.info