Natiq Cəfərli ABŞ-ın Azərbaycandakı səfirliyində referendum müzakirələri apardı

  • By admin
  • 28 Sentyabr 2016 15:30
natiq
Natiq Cəfərli ABŞ-ın Azərbaycandakı səfiri ilə referendumun nəticələrini müzakirə etdi.
Gununsesi.info xəbər verir ki, sentyabrın 28-də ABŞ-ın Azərbaycandakı səfirliyində səfir Robert Sekuta, səfirinin siyasi işlər üzrə müşaviri Susan Chesly və REAL-ın icra katibi Natiq Cəfərli arasında görüş olub.
N. Cəfərli görüşdə müzakirə olunan məsələlər barədə öz facebook səhifəsində yazıb ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, İlqar Məmmədovun (REAL-ın lideri) qanunsuz həbsdə saxlanılması, Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri və bunun ölkənin gələcək inkişafına təsiri müzakirə edilib.
N. Cəfərli bu il avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
N. Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
REAL hərəkatı həbsi siyasi sifariş sayıb. REAL hərəkatı N.Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyat olduğunu bildirir.
Cəfərli sentyabrın 9-da azadlığa buraxılıb. Buna baxmayaraq cinayət işinin ibtidai istintaqı hələ də davam etdirilir. Onun Bakı şəhərini tərk etməsinə qadağa qoyulub, mənzilindən götürülmüş həyat yoldaşının ziynət əşyaları  geri qaytarılmayib.
 Gununsesi.info