Natiq Cəfərli apellyasiya şikayəti verib

  • By Mayil
  • 09 Sentyabr 2016 15:15

natiq

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov  məlumat verib. Vəkilin sözlərinə görə, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib, şikayətə yaxın günlərdə baxılacaq.

Xatırladaq ki, sentyabrın 6-da Nəsimi Rayon Məhkəməsində N.Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən təqsirli bilinir.

Gununsesi.info