Yeni hərrac mexanizmi manatı kəskin bahalaşdıra bilər
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) dollar alqı-satqısı ilə bağlı qaydaları dəyişdi. Yeni hərrac mexanizminəgörə, bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişləçıxış etmək imkanını verir.
Yeni hərrac mexanizmi bazarda nələri dəyişəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli Gununsesi.info-ya şərhində bildirdi ki, Mərkəzi Bank keçən ildən etibarən “üzən məzənnə”yə keçdiyini elan etsə də, əslində bu istiqamətdə yeni hərraclarıqaydaları indi müəyənləşir: “Biz keçən ilin fevralında devalvasiyadan sonra bildirəndə ki, manat “üzə” bilməz, bunun üçün “hovuz” yoxdur, Maliyyə Nazirindən tutmuş, Mərkəzi Bank rəhbərinə qədər etiraz edirdilər. Bizi populizmdə günahlandırırdılar”.
N.Cəfərli qeyd edir ki, yeni qaydalara görə banklar valyutanı həm də sata biləcəklər, məzənnəguya tələb-təklifə görə müəyyən olunacaq. Ekspertə görə, burada bir sıra suallar ortaya çıxır: “Birincisi, banklar özləri hər dəfə dollar alırsa, bankların ciddi xarici borcu varsa, onlar niyə dollar satmalıdırlar?
İkincisi isə, əgər məzənnə tələb-təklifə görə müəyyən olunacaqsa, bəs tələbin çox olan günləri nə baş verəcək? Bəzi günlər olub ki, Mərkəzi Bank və Neft Fondu cəmi 50 mln. dollar satışa çıxarıb, amma tələb 900 mln. dollar olub, həmin günlər manat dəfələrlə dəyərdən düşəcək?
Üçüncüsü, “üzən məzənnə” rejimi üçün normal valyuta birjası, birjada dollar sata bilən yüzlərləşirkət lazımdı, hardadı o şirkətlər? “
N.Cəfərli deyir ki, insanlarıçaşdırmaq lazım deyil, məzənnə inzibatidir, manatın möhkəmlənməsi üçün heç bir iqtisadi səbəb yoxdur: “Amma siyasi səbəb ola bilər.Əgər yaxın 3 ayda növbədənkənar prezident seçkiləri təyin edilsə, deməli seçkilərə qədər məzənnədə ciddi dəyişiklik olmayacaq, dollar 1,60-1,65 manat arası “rəqs edəcək”, seçkidən sonra məzənnədə ciddi dəyişiklik olacaq. Əgər seçki təyin edilməsə, ilin sonuna qədər manatın addım-addım dəyərdən düşməsi baş vərəcək, dollar 1,90-1,95 manata qədər bahalaşacaq”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info