
REAL hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Gununsesi.info bildirir ki, bu barədə vəkil Cavad Cavadlı məlumat yayıb. Vəkilin sözlərinə görə, həmin idarədə bildirilib ki, polislərin Natiq Cəfərlini aparıb. Onun hara aparıldığı barədə məlumat verilmir.
Natiq Cəfərliyə etdiyimiz telefon zəngləri isə cavabsız qalır.
***
“Musavat.com”-un məlumatına görə isə N. Cəfərli ilə bağlı xəbəri təsdiqləyənlərdən və onun izinə düşənlərdən biri də jurnalist Ramin Deko olub. R.Deko da sosial şəbəkədəki statusunda aşağıdakıları yazıb: “Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısındayıq. Natiq Cəfərlinin burada olduğu ehtimal edilir. Vəkil Cavad Cavadova deyiblər ki, “Natiq burdaydı aparıblar”.
Yazı hazırlanan dəqiqələrdə isə məlum olub ki, N.Cəfərli Nəsimi rayon məhkəməsinə aparılıb və barəsində aylıq həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info