Natiq Cəfərlinin şikayətinə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq

  • By admin
  • 16 Avqust 2016 10:45

natiq

REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya Natiq Cəfərlinin vəkili Cavad Cavadlı bildirib. O, deyib ki, şikayətə avqustun 17-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmə qapalı keçiriləcək.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Gununsesi.info