Natiq Cəfərlinin xanımının zinət əşyalarını götürüblər -İQTİSADÇININ MƏNZİLİNDƏ AXTARIŞ

  • By admin
  • 14 Avqust 2016 09:40
natiq
REAL Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli qurumun icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin həbsindən sonra onun mənzilində axtarış aparılıb. Gununsesi.info Azadlıq Radiosuna istinadən bildirir ki, axtarış zamanı onun yoldaşının şəxsi əşyalarını aparıblar. Natiqin kompüterini, evin sənədlərini, xanımına aid zinət əşyalarını aparıblar. Pul tapmayıblar”.
Xatırladaq ki, avqustun 12-də Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. O, qanunsuz sahibkarlıq və vergidən yayınmada ittiham olunur.
İqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O, 2008-ci ildə yaradılmış «Respublikaçı Alternativ» (REAL) Hərəkatının həmtəsisçisidir. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu.