Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatında artımın olmamasının səbəbi yanlış iqtisadi hədəflərdir”

  • By Admin2
  • 11 İyun 2026 16:11

İqtisadçı Natiq Cəfərli Azərbaycanın bu ilin ilk beş ayında iqtisadi artım göstərə bilməməsini hökumətin iqtisadi siyasətdə yanlış prioritetlər müəyyən etməsi ilə əlaqələndirib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, əsas problem büdcə gəlirlərinin azalması deyil, iqtisadi aktivliyin zəifləməsidir.

Cəfərli hesab edir ki, hökumət büdcə gəlirlərini artırmağı əsas məqsəd kimi müəyyənləşdirib və bu məqsədə çatmaq üçün vergi, rüsum və cərimələrin artırılması siyasətini həyata keçirir.

İqtisadçı eyni zamanda qeyd edib ki, vergi və digər maliyyə yükünün artması biznesin investisiya imkanlarını məhdudlaşdırır, vətəndaşların istehlak xərclərini azaldır və nəticədə iqtisadiyyatın inkişaf tempini zəiflədir.

Natiq Cəfərlinin fikrincə, iqtisadi aktivliyin aşağı düşməsi son nəticədə büdcə gəlirlərinin də gözlənilən səviyyədə artmasına imkan vermir. O bildirib ki, problemin səbəbi düzgün müəyyən edilmədiyi müddətdə iqtisadi göstəricilərdə ciddi dəyişiklik gözləmək çətindir.

“Azərbaycan iqtisadiyyatının ilk beş ayda 0 faiz artım göstərməsi də məhz bu yanaşmanın nəticəsidir”, – deyə iqtisadçı vurğulayıb.

Orxan
Gununsesi.info