İqtisadçı Natiq Cəfərli Kremlin sözçüsü Dmitri Peskovun Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini “yanlış” adlandırmasına münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Cəfərli qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın Ukrayna ilə bağlı mövqeyini beynəlxalq hüquqa uyğun şəkildə ifadə edib.
O, Prezidentin “Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyib, dəstəkləyir və dəstəkləməyə davam edəcək” fikrini xatırladaraq, Peskova belə sual ünvanlayıb: “Əliyevin bu münasibətində yanlış olan nədir?”
Natiq Cəfərli bildirib ki, Azərbaycan Prezidentinin mövqeyi beynəlxalq hüquqa, vicdana və həqiqətə uyğundur, həmçinin Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin düşüncəsini əks etdirir.
Paylaşımında Rusiyanın başqa dövlətin ərazisinin işğalına normal yanaşmasının gələcəkdə “bumeranq” effekti yarada biləcəyini vurğulayan Cəfərli qeyd edib ki, belə yanaşma sabah Rusiyanın öz ərazi bütövlüyü ilə bağlı oxşar münasibətlə üzləşməsinə səbəb ola bilər.
Elmar










