Natiq Cavadlı: “Başqa media qurumlarında necə işləmişəmsə, Meydan TV -də də eyni qaydada işləmişəm”

  • By admin
  • 13 Dekabr 2024 16:46

Bugün Bakı Apellyasiya Məhkəməsində “Meydan TV İşi” üzrə həbs edilən bir qrup jurnalistin apellyasiya şikayətinə baxılıb.

Gununsesi.info-nun xəbərinə görə, jurnalistlər özünü günahkar hesab etməsə də məhkəmə onları həbsdə saxlayıb.

Prosesdə çıxış edən tanınmış jurnalist Natiq Cavadlı həyatında heç zaman qanunsuz məqamların olmadığını deyib: “33 ildən çoxdur ki, jurnalistəm. Peşəkar jurnalist fəaliyyətimə görə çoxsaylı mükafatlara layiq görülmüşəm.  Mənim əlim heç zaman haram pula dəyməyib. Mən  başqa media qurumlarında necə işləmişəmsə, Meydan TV -də də eyni qaydada işləmişəm. Deputatlardan, məmurlardan, siyasətçilərdən müsahibələr almışam. Bundan başqa hər hansı bir fəaliyyətim olmayıb”.

 

Afət

Gununsesi.info