Natiq Cavadlı da Avropa Məhkəməsinə üz tutur

  • By admin
  • 12 Avqust 2016 18:42

 

nat

Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyilə jurnalist Natiq Cavadlının Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayevin qərarından verdiyi apellyasiya şikayətinə baxıldı. Gununsesi.info-nun xəbərinə görə, prosesdə vəkil Zibeydə Sadıqova Nəsimi Rayon Məhkəməsinin qərarını qanunsuz hesab edib ləğv olunmasını xahiş edib. Vəkil bildirib ki, məhkəmə nəzarəti qaydasında verilən şikayətlərdə CPM-nin 451-ci maddəsinə görə hakim Elman İsayev jurnalistin prokurorun ona ölkədən çıxşına qoyulan “Qaadağandır!” statusu ilə məhdudiyyəti ya qanuni hesab etməli, ya da qanunsuz sayıb, ləğv etməlidir.  Hakim isə jurnalistin şikayətini ümumiyyətlə, icraata götürməkdən imtina edib və məsləhət görüb ki, bu şikayəti inzibati prosesual qaydada versin.

Beləliklə, Bakı Apellyasiya Məhkəməsi Natiq Cavadlının şikayətini təmin etməyib. Vəkilin bildirdiyinə görə, jurnalistin ölkədən çıxışına qoyulan qadağayla bağlı şikayət Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanacaq.

Türkel