Natiq Kərimovun istintaq müddəti də uzadılıb

  • By admin
  • 12 Oktyabr 2016 16:37

natiqq

Nardaran ağsaqqalı Natiq Kərimovun ev dustaqlığının müddəti uzadılıb.

HTML tutorial

Gununsesi.info-nun xəbərinə görə, bu haqda vəkili  Eyyub Ələkbərov məlumat verib.

E.Ələkbərov bildirib ki, eyni zamanda N.Kərimovun istintaq müddəti də uzadılıb:

“Səbail rayon Məhkəməsində Nardaran sakini Natiq Kərimovun barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması haqqında istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə onun barəsindəki qətimkan tədbirinin və cinayət işi üzrə ibtidai istintaqın müddətini fevralın 6-dək uzadıb”- deyə, o, bildirib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Natiq Əlövsət oğlu Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi,  dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

Xatırladaq ki, N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Gülnaz Qənbərli

Gununsesi.info