Natiq Şirinov məhkəməni uduzdu

  • By Günel
  • 02 Dekabr 2024 20:15

Xalq artisti Natiq Şirinovla ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Cavabdehin vəkili Gülşən Salmanovanın sözlərinə görə, hakim Natiq Şirinovun 55 min manatlıq təzminat tələbini əssasız sayaraq rədd edib.

Qeyd edək ki, Xalq artisti “Amarok” zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi.

Gununsesi.info