“NATO ərazisi hücuma məruz qalarsa, biz onun hər qarışını müdafiə edəcəyik” - BLİNKEN

  • By admin
  • 07 Mart 2022 15:57

“Biz ortaq müdafiəmizi gücləndiririk”.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Litvaya səfəri zamanı deyib.

 

“NATO ərazisi hücuma məruz qalarsa, biz onun hər qarışını müdafiə edəcəyik. Hazır olduğumuza, qətiyyətimizə heç kim şübhə etməməlidir”, – o bildirib.

Keçmiş sovet respublikaları Latviya, Litva və Estoniyanın NATO üzvləri olduğunu xatırladan Blinken Rusiyanın hərbi əməliyyatlarını genişləndirməyi seçəcəyi təqdirdə, onların təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

 

 

Gununsesi.info