NATO son 25 ilin ən böyük hərbi təlimlərindən biri olan “Defender Europe-21” üçün hazırlıqlarını tamamlayır.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, təlimlərə 21-i NATO üzvü olmaqla, 26 ölkə qatılacaq.
17 may-2 iyun tarixləri arasında baş tutacaq NATO təliminin builki mərkəzi Balkanlar olacaq.
Təlimlərə qatılacaq ölkələrə təchizat və sursat nəqli mart ayında başlayıb.
Təlimlər 28 min hərbçinin iştirakı ilə 12 ölkədə keçiriləcək.
Bosniya-Herseqovina, Moldova, Ukrayna və Gürcüstan da NATO üzvü olmadıqları halda, “Defender Europe 21”ə qatılan ölkələr arasındadır.
Gununsesi.info