NATO Aralıq dənizində genişmiqyaslı təlim keçirir

NATO ölkələri Aralıq dənizində genişmiqyaslı hərbi təlimlər keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Təlimlərdə ABŞ, İngiltərə, İtaliya və Fransaya məxsus aviadaşıyıcılar, çoxlu sayda döyüş gəmiləri və döyüş təyyarələri iştirak edir.

Minlərlə əsgərin iştirak etdiyi təlimlərdə dünyanın ən yeni və ən böyük döyüş gəmisi sayılan “USS Gerald R. Ford” avidaşıyıcısı da tapşırıqlar icra edir.

Təlimlərdə Kanada, Danimarka, Almaniya, Hollandiya, İspaniya, Fransa, Yunanıstan, İtaliya və ABŞ-dan olan digər hərbi gəmilər də iştirak edir.

Gununsesi.info