NATO Avropanın təhlükəsizliyi üçün plan hazırlayır

  • By Günel
  • 14 Fevral 2025 19:49

Avropalı müttəfiqlər Ukrayna və qitənin təhlükəsizliyi ilə bağlı konkret planlar hazırlamalıdırlar.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Münxen Təhlükəsizlik Konfransında bildirib.

Rutte qeyd edib ki, Ukraynaya silah tədarükü və təlim dəstəyi, əldə olunacaq sülh razılaşmasının davamlılığının təmin edilməsi Avropanın üzərinə düşən vəzifələr sırasındadır: “İkinci böyük məsələ təbii ki, sənaye istehsalıdır. Biz NATO-nun hər yerində, ABŞ-dan bütün NATO-ya, burada Avropaya, NATO-nun Avropa tərəfinə daha çox xərcləməliyik”.

Müttəfiqlər sülh danışıqları başlayanda, Ukraynanın ən güclü mövqedə olmasını təmin etmək üçün razılığa gəliblər.