“NATO baş katibi reallığını itirib” - LAVROV

  • By admin
  • 26 Yanvar 2022 16:41

NATO baş katibi reallıqla əlaqəsini itirib, onun açıqlamalarını ciddi qəbul etmək çətindir.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Hökumət saatı” çərçivəsində Dövlət Dumasında deputatların suallarını cavablandırarkən söyləyib.

O, ABŞ-ın təhlükəsizlik təminatları ilə bağlı Rusiya tərəfinin müraciətinə verəcəyi cavab barədə də danışıb.

“ABŞ tərəfi xahiş etsə, onların təhlükəsizlik təminatları ilə bağlı verəcəklərini cavabı dərc etməyəcəyik. Amma cavabın məğzi barədə geniş ictimaiyyəti məlumatladıracayıq”.

Lavrov cavabın bu həftə veriləcəyinə ümidini ifadə edib.

XİN başçısı təhlükəsizlik sahəsində ölkəsinin hadisələrin istənilən inkişafına hazır olduğunu da əlavə edib.

 

 

Gununsesi.info