NATO baş katibi Türkiyəyə başsağlığı verdi

  • By admin
  • 06 Fevral 2023 11:52

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

“Bu qorxunc zəlzələnin ardından müttəfiqimiz Türkiyə ilə tam həmrəyik. Prezident Ərdoğan və XİN başçısı Çavuşoğlu ilə təmaslar saxlayıram və bütün NATO müttəfiqləri dəstək üçün səfərbər olunub”, – deyə Stoltenberq qeyd edib.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Gununsesi.info