NATO-nun baş katibi Yens Stoltenberq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfəri zamanı Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Qasim Məhəmməd əl-Budavi ilə görüşdüyünü bildirib.
Gununsesi.info-nun məlumatına görə, X şəbəkə səhifəsində yaydığı məlumatda baş katib qeyd edib ki, bu, ilk dəfədir, NATO baş katibi Səudiyyə Ərəbistanına səfər edir. O, Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əl-Budeivi ilə görüşdüyünü qeyd edib.
Əl-Budavi ilə söhbətin onun üçün böyük şərəf olduğunu vurğulayan NATO rəhbəri yazıb: “Tərəfdaşlarla dialoq NATO üçün son dərəcə vacibdir və biz Körfəz Əməkdaşlıq Şurası ilə əlaqələrimizi yüksək qiymətləndiririk”.
NATO bazar ertəsi bildirib ki, Stoltenberg dekabrın 12-13-də Ər-Riyada səfər edəcək, müdafiə naziri Xalid bin Salman və digər yüksək vəzifəli şəxslərlə görüşəcək və Milli Müdafiə Universitetində müzakirələrdə iştirak edəcək.
Gununsesi.info