NATO baş katibinin səlahiyyət müddəti 1 il uzadıldı

  • By admin
  • 24 Mart 2022 17:47

NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

Qərar NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında qəbul olunub.

“NATO dövlət və hökumət başçılarının Baş katiblik müddətimizi 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına görə şərəf duyuram. Biz ciddi böhranla üzləşmişik. Ona görə də Alyansımızı güclü saxlamalı və xalqımızın təhlükəsizliyini qorumaq naminə birləşmişik”, – Y.Stoltenberq bildirib.

Gununsesi.info