NATO bazalarını Rusiya sərhədində yerləşdirərsə… - Lavrovdan XƏBƏRDARLIQ

NATO öz bazalarını Finlandiya və İsveçin Rusiya ilə həmsərhəd ərazilərində yerləşdirərsə, Rusiya tərəfi lazımi tədbirləri görəcək.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

HTML tutorial

Onun sözlərinə görə, bu iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına üzvlüyü sadəcə üzvlük və müxtəlif tədbirlərdə iştirakla məhdudlaşırsa, bu normaldır.

“Əgər bu ölkələrin ərazisində hərbi bazalar yerləşdirilsə, biz Rusiya Federasiyasının şimal-qərbində öz imkanlarımızı gücləndirmək qərarına gələcəyik. İstənilən halda NATO ilə təmas xətti köklü şəkildə artacaq”, – Lavrov bildirib.

Qeyd edək ki, RusiyaUkrayna müharibəsinin başlamasından sonra İsveç və Finlandiya NATO-ya üzv olmaq istəklərini bildiriblər. Yalnız Türkiyə onların alyansa qoşulmasına qarşı çıxıb. Ankara Stokholm və Helsinki qarşısında bir sıra şərtlər irəli sürüb və bu şərtlər əsasında Türkiyə tərəfi təşkilata üzv olmağa razılıq verəcək. Bu tələblər arasında Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinin ekstradisiyası də yer alıb.

Gununsesi.info