NATO beynəlxalq koalisiyaya qoşulur

  • By admin
  • 25 May 2017 12:13

unnamed (2)

NATO-nun hərbi strukturuna üzv olan ölkələr, İraq və Suriyada İŞİD Terror Təşkilatına qarşı mübarizə aparan beynəlxalq koalisiyaya qoşulmaq barədə qərarı qəbul etdiyi idda edilir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “Frans-Press” Xəbər Agentliyi məlumat yayıb.
Belə ki, diplomatik mənbəyə istinadən verilən xəbərdə bildirlir ki, NATO üzvü olan 28 ölkənin İŞİD əleyhinə koalisiyaya rəsmən qoşulmaq qərarı verib.

Qeyd edək ki, diplomatik mənbəyə görə, NATO-nun gəldiyi bu qərar üzv ölkə başçıları tərəfindən hələ rəsmən təsdiqlənməyib.

Xatırladaq ki, 1ildir ki, ABŞ NATO-nun tam olaraq İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyaya qoşulmağa dəvət edir.

Anar
Gununsesi.info