NATO bizi düşmən kimi göstərmək istəyir - Rusiya XİN

  • By admin
  • 01 Noyabr 2022 10:58

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın düşmən obrazını formalaşdırmağa çalışır.

Gununsesi.info “russian.rt”-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov deyib.

“Biz görürük ki, NATO-nun son sammitində qəbul edilmiş qərarlar və baş katibin açıqlamları Rusiya simasında şüurlu şəkildə düşmən imicini formalaşdırmağa hesablanıb” – Nikolay Korçunov deyib.

Qeyd edək ki, Yens Stoltenberq Rusiyanın Arktikadakı fəaliyyətinin NATO-ya qarşı olduğunu bildirib.

Gununsesi.info