

NATO strukturlarında ciddi islahat ararılaraq, o, yeni dövrün çağrışlarına adaptasiya olunmalıdır.
Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin müdafiə naziri Fikri İşık Münhen Təhlükəsizlik konfransında çıxışı zamanı deyib.
“Bizim vəzifəmiz NATO-nu əvvəlkindən daha güclü etmək olmalıdır. Buna görə də NATO-nun yeni struktura ehtiyacı var. Təşkilatda yeni dövrün çağırışlarına uyğun olaraq islahatlar aparılmalıdır. Xüsusən də, beynəlxalq terrorizmə qarşı mübarizədə daha çevik və birgə addımlar atmalıdır. Bu çağrışlara uyğun formalaşmalıdır”- deyə, Türkiyənin müdafiə naziri vurğulayıb.
Nazir deyib ki, NATO indiyədək cənub-şərq flanqında üzərinə götürdüyü öz öhdəliklərini yerinə yetirməyib.
Türkiyəli nazir eyni zamanda, NATO-nun konsepsiyasının köhnəlindiyini və bunun dövrün tələblərinə uyğun olmadığını da qeyd edib.
Gununsesi.info