NATO da Suriyadakı əməliyyatları dəstəkləyir

  • By admin
  • 14 Aprel 2018 11:24

NATO da Suriyadakı əməliyyatları dəstəkləyir.

Gununsesi.info-nun məlumatına görə, NATO-nun baş katibi Ceyns Stotlenberq bəyanatında bildirir ki, rəhbərlik etdiyi qurum hərbi əməliyyatları dəstəkləyir: “Kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir. Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və məsuliyyət daşıyanlar cavab verməlidir. NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülhə bir təhdid olaraq görür”.

C.Stotlenberq bəyanatında ABŞ , Böyük Britaniya və Fransanın Bəşər Əsədin kimyəvi silah bazalarına yönəlmiş hərbi əməliyyatını dəstəklədiyini ifadə edərək, bu hücumun rejimin Suriya xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyini deyib.

Gununsesi.info