NATO-da Türk zabitlər “susur”

  • By admin
  • 25 İyul 2016 11:34

turkiye

 

Türkiyə Hərbi-Dəniz Donanmasının zabitləri susqunluq aksiyası keçirir və heç kimlə danışmırlar. Türkiyə Hərbi-Dəniz Donanmasının NATO-da xidmət keçən zabitləri iyulun 15-də ölkədə baş verən dövlət çevrilişinə cəhddən sonra öz gələcək talelərindən narahat olduqlarından ətrafdaklarla əlaqədən qaçır və bir kəlmə də olsun danışmırlar. Gununsesi. info Politico qəzetinə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansından bildirilib. “Türkiyə NATO-nun vacib ölkələrindən biridir. Ancaq Türkiyənin Hərbi-Dəniz Donanmasının NATO-dakı zabitləri heç kimlə danışmırlar. Bu susqunluq bir tərəfdən zabitlərin gələcək taleyi baxımından müsbət addım kimi dəyərləndirilir. Bu susqunluğu yaxşı taktika hesab etmək olar. Bununla belə onlarn bu hərəkətini prezident Ərdoğana sadiqlik nümaunəsi kimi də dəyərləndirmək olar”.

Gununsesi.info