NATOdan Azərbaycana DƏSTƏK: Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımırıq

  • By admin
  • 01 Aprel 2020 14:36

NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay rəsmi “Facebook” səhifəsində martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı məlumat yayıb.

 Gununsesi.org bildirir ki, Azərbaycanın NATO yanındakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, məlumatda NATO-nun bu qondarma “seçkiləri” tanımadığı qeyd olunub.

Ceyms Appaturay həmçinin, ATƏT-in Minsk Qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə edib.

 Gununsesi.org