
NATO Ermənistandakı vəziyyəti yaxından izləyir, tərəfləri gərginləşməməyə və bütün fikir ayrılıqlarını konstitusiya çərçivəsində, sülh yolu ilə həll etməyə çağırır.
Bunu NATO rəsmisi Oana Lunqesku Tvitter səhifəsində yazıb.
“Tərəfdaşımız olan Ermənistanda hadisələrin inkişafını yaxından izləyirik. Daha da kəskinləşməyə səbəb ola biləcək addımlardan çəkinmək vacibdir. Hər hansı siyasi fikir ayrılığı Ermənistan konstitusiyasına uyğun olaraq sülh və demokratik yolla həll olunmalıdır”, – Lunqesku bildirib.
Gununsesi.info