NATO-dan Qazaxıstanda baş verənlərə münasibət

  • By admin
  • 07 Yanvar 2022 19:09

NATO Qazaxıstandakı vəziyyətdən narahatdır.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Twitter”də bildirib.

HTML tutorial

“NATO Qazaxıstandakı vəziyyətlə, insan tələfatı ilə bağlı ciddi narahatlığını bölüşür. Biz bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan çəkinməyə və dialoq aparmağa çağırırıq. Səlahiyyətlilər beynəlxalq insan hüquqları öhdəliklərinə, o cümlədən dinc etiraz hüququna hörmət etməlidir”, – NATO Baş katibinin xüsusi nümayəndəsi bildirib.

 

Gununsesi.info