NATO-dan Rusiyaya ƏZƏLƏ NÜMAYİŞİ: Helsinki limanına 4 gəmi göndərildi

NATO ölkələrinin dörd hərbi gəmisi Helsinki limanına daxil olub .

Gununsesi.info “Yle”-yə istinadla xəbər verir ki, gəmilər ABŞ, Almaniya və Fransadan gəlib. Amerika və Almaniya gəmiləri Baltik dənizində hərbi təlimlərdə iştirak edib.

HTML tutorial

Bir gün əvvəl Müdafiə Nazirliyi Finlandiyada beynəlxalq hərbi təlimlərin sayının artacağını açıqlamışdı. 2022-ci ilin qalan yarısı üçün daha 20 müxtəlif döyüş hazırlığı tədbiri planlaşdırılır ki, onlardan 8-i yenidir.

Finlandiya müdafiə naziri Antti Kaikkönen deyib ki, yeni hərbi təlimlər Şimali Atlantika Alyansına müvəqqəti daxil olmaq və Rusiyanın Finlandiyanın müraciət prosesinə potensial müdaxilə cəhdləri üçün hazırlıqların bir hissəsidir.

Qeyd olunur ki, hərbi gəmilərin ölkəyə girişi cəmi bir neçə həftə əvvəl razılaşdırılıb.

Gununsesi.info