İsveçin NATO-ya üzvlüyü hələ də təsdiqlənməsə də, NATO-nun baş katibi Stoltenberq diqqətəlayiq açıqlama verib.
Gununsesi.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Macarıstanın İsveçin NATO-ya üzvlük müraciətini daha gecikmədən təsdiqləyəcəyini gözlədiyini bildirib.
Macarıstanın index.hu saytında müsahibəsi dərc olunan Stoltenberq təsdiqin nə vaxt veriləcəyini dəqiq proqnozlaşdırmasa da, Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyən sonuncu ölkə olmayacağını dəfələrlə bəyan etdiyini və Macarıstandan bu vədi yerinə yetirməsini gözlədiyini bildirib.
Gununsesi.info