NATO-dan Türkiyə və Almaniyaya çağırış

  • By admin
  • 16 İyul 2017 10:00

jens_stoltenberg_081015
Türkiyə hakimiyyətinin alman deputatlara NATO-nun Konyadakı bazasını ziyarət etməyə icazə verməməsindən narahatıq.

Gununsesi.info xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq alman nəşrinə açıqlamasında deyib.

“Ümid edirik ki, Türkiyə və Almaniya bu ziyarət üçün hər iki tərəfə münasib bir vaxt müəyyənləşdirə biləcək”, – Stoltenberq Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdən sonra açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyə Almaniya deputatlarına NATO-nun Konyada yerləşən hərbi bazasını ziyarət etməyə icazə verməyib. Deputatların alman hərbi kontingenti yerləşən bu bazaya səfəri iyulun 17-ə planlaşdırılmışdı.

 

Gununsesi.info