NATO-dan Ukrayna açıqlaması

“NATO Ukraynanı dəstəkləməyə davam edəcək”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Vladimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.

“Sizin müharibəniz bizim müharibəmizdir, sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir, dəyərləriniz bizim dəyərlərimizdir”.

Qeyd edək ki, Zelenski daha əvvəl demişdi ki, İsraildə eskalasiya beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı münaqişədən yayındıra bilər və bunun nəticələri olacaq.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info