NATO daxilində müstəqil qərar veririk – PETROV

  • By admin
  • 21 Yanvar 2022 21:14

Bolqarıstan NATO daxilində hansı siyasət yeridəcəyinə və müdafiəni necə təşkil edəcəyinə müstəqil qərar verir.

Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə Baş nazir Kiril Petrov çıxış edib.

“Bolqarıstan suveren dövlətdir və biz çoxdan NATO-ya üzv olmaqla seçimimizi etmişik. Və buna görə də müdafiəmizi necə təşkil edəcəyimizi tərəfdaşlarla razılaşdıraraq özümüz qərar veririk”, – Petrov qeyd edib.

Gununsesi.info