NATO Hərbi Komitəsinin sədri Rusiyanın Baş Qərargah rəisi ilə Bakıda görüşəcək

  • By admin
  • 26 Noyabr 2019 18:27

Noyabrın 26-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı Ser Stüart Piçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Görüşdə Aviasiya Baş Marşalı Ser S.Piç NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirib.

Qeyd edib ki, NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

O, Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə (Valeri Gerasimov – ordu generalı) görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Gununsesi.org