NATO ilə Rusiya arasında müharibə mümkündür

“Rusiyanın Ukraynadakı münaqişədə qalib gəlməsi onun NATO ilə müharibəsinin başlamasına səbəb ola bilər”.

Gununsesi.info xəbər verir ki, bunu “Wirtualna Polska” nəşrinə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib.

Duda Kiyevin məğlubiyyətinin mümkün nəticələrindən danışaraq, “Rusiya ilə Qərb arasında potensial müharibənin inanılmaz dərəcədə yaxın olduğunu bildirib.

Polşa lideri əlavə edib ki, Şimali Atlantika Alyansı artıq Rusiya ilə potensial silahlı münaqişəyə hazırlaşır.

İyulun 13-də Almaniyanın “Bild” və “Der Spiegel” nəşrləri NATO-nun şərq cinahında müharibə başlayacağı halda Almaniyanın əməliyyat planını dərc edib, burada Rusiyanın düşmən olması nəzərdə tutulur.

Plana görə, birbaşa qarşıdurma olarsa, 3-6 ay ərzində alyansın 800 min hərbi qulluqçusu şərqə köçürüləcək.

 

 

Şəbnəm

Gununsesi.info