NATO ilə Rusiya komandanları gələn il görüşə bilər

  • By admin
  • 10 Dekabr 2019 19:33

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Volters Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla gələn ilin əvvəlində görüşəcəyini güman edir.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə T.Volters Vaşinqtonda jurnalistlərə bildirib.

Xatırladaq ki, noyabrın 26-da Bakıda T.Voltersin sələfi Stüart Piçlə V.Gerasimov arasında görüş keçirilmişdi.

 

Gununsesi.org