
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı, general Tod Volters Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla gələn ilin əvvəlində görüşəcəyini güman edir.
Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə T.Volters Vaşinqtonda jurnalistlərə bildirib.
Xatırladaq ki, noyabrın 26-da Bakıda T.Voltersin sələfi Stüart Piçlə V.Gerasimov arasında görüş keçirilmişdi.