NATO İran PUA-larına qarşı HƏRƏKƏTƏ KEÇDİ

  • By admin
  • 18 Oktyabr 2022 20:55

“Ukrayna yaxın günlərdə NATO-dan Rusiyanın dinc şəhərlərə hücum etmək üçün fəal şəkildə istifadə etdiyi İranın kamikadze dronlarına qarşı vasitələr alacaq”.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlin Xarici Siyasət Forumunda müzakirələr zamanı deyib.

“Bizim edə biləcəyimiz ən vacib şey Alyans üzvlərinin vəd etdiklərini yerinə yetirmək, daha da çox hava hücumundan müdafiə sistemlərini işə salmaq və əlavə etməkdir. Yaxın günlərdə NATO İran da daxil olmaqla, dronların spesifik təhlükəsinə qarşı mübarizə aparmaq üçün əks-dron sistemlərini köçürəcək”, – Stoltenberq bildirib.

O, həmçinin İranın hərəkətlərini şərh edərkən “heç bir dövlət Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsini dəstəkləməməlidir” deyə vurğulayıb.

Stoltenberq əlavə edib ki, Kiyevə verilən hava hücumundan müdafiə sistemləri döyüş meydanındakı vəziyyəti dəyişib:

“Buna görə də Rusiya Ukrayna hava məkanına nəzarəti ələ keçirə bilmədi. Bu, bütün əməliyyat boyu Rusiya qüvvələrinin əhəmiyyətli çatışmazlığı idi: onlar hava məkanına nəzarəti ələ keçirə biləcəklərini gözləyirdilər, lakin bu baş vermədi”.

Gununsesi.info