Şimali Atlantika alyansı kosmosda silahları çıxarmadan çevik əməliyyat fəaliyyətinə başlamaq qərarını verib.
Gununsesi.org Trend-əs istinadən xəbər verir ki, bunu alyansın Baş Katibi Yens Stoltenberq noyabrın 20-də NATO üzvləri – XİN-ri başçılarının görüşündən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Yens Stoltenberq deyib: “Bu gün daha bir vacib qərar verdik. Razılaşdıq ki, kosmos əməliyyatlar üçün yeni bir sahəyə çevrilsin. Ancaq kosmosa silah yerləşdirmək fikrində deyilik, NATO müdafiə təşkilatıdır”.