NATO nazirləri Ukraynaya görə toplanır

  • By admin
  • 07 Yanvar 2023 19:34

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iştirakı ilə “Ramşteyn” formatında Ukrayna yardım qrupunun iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iclas yanvarın 20-də baş tutacaq. Toplantı zamanı Ukraynaya yardım göstərilməsi, xüsusilə hava hücumundan müdafiə sistemlərinin və zirehli maşınların tədarükü müzakirə ediləcək.

Gununsesi.info