NATO nümayəndəsi Azərbaycan Sülhməramlıları ilə görüşüb - FOTOLAR

  • By admin
  • 01 İyun 2017 17:14

unnamed (17)
Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun Azərbaycan sülhməramlıları ilə görüşüb.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasında ölkəmizin səylərini xüsusi qeyd edən diviziya generalı E.Uzun Azərbaycanın NATO ilə əməkdaşlığını, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəsini və sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığını da yüksək qiymətləndirib.

unnamed (16) unnamed (15)

Anar
Gununsesi.info