NATO-nun baş katibi Yens Stoltenberq xəbərdarlıq edib ki, Ukraynada müharibə qalib gələrsə, Rusiya digər ölkələrə hücum edə bilər.
“Ukraynaya dəstək öz təhlükəsizliyimizə qoyulan sərmayədir”, – baş katib bildirib.
Gununsesi.info bildirir ki, Stoltenberq NATO-nun mənzil-qərargahında Slovakiyanın baş naziri Robert Fiko ilə görüşdən sonra mətbuata açıqlama verib.
O qeyd edib ki, Avropa İttifaqı (Aİ) liderləri bu gün Ukrayna ilə NATO-ya üzvlük və Ukraynaya əlavə maliyyə dəstəyi ilə bağlı danışıqların başlanmasını müzakirə edəcəklər:
“Rusiya prezidenti Vladimir Putinin Ukraynada qələbə qazanacağı təqdirdə dayanmayacağına dair real risk var. Ukraynaya dəstəyimiz xeyriyyəçiliklə diktə olunmur. Bu, öz təhlükəsizliyimizə sərmayədir. Ədalətli və davamlı nizamlanmaya nail olmağın yeganə yolu prezident Putini döyüş meydanında qalib gələ bilməyəcəyinə inandırmaqdır. Prezident Putinə döyüş meydanında qalib gəlmədiyini başa salmağın yeganə yolu Ukraynanı dəstəkləməyə davam etməkdir”.
Hazırda Aİ liderləri Brüsseldə Ukraynanın dəstəklənməsinə həsr olunmuş görüşdə fikir mübadiləsi aparırlar.
Dünənki mətbuat konfransında Putin həmçinin bildirib ki, Ukrayna ilə bağlı məqsədləri dəyişməyib.
Gununsesi.info