NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan-Ermənistan münaqişəsi haqqında fikirlərini açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, 2 gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu onun nəzərinə çatdırıb:
“Mən bildirdim ki, bu münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, eyni zamanda NATO Türkiyənin Cənubi Qafqaz regionundakı fəaliyyətini dəstəkləyir. Türkiyə Cənubi Qafqazda sülh rolunda çıxış edir.”
Gununsesi.info