NATO-nun baş katibindən XƏBƏRDARLIQ: “Rusiya Ukraynada qalib gələrsə…”

  • By admin
  • 10 Fevral 2024 12:04

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Rusiya Ukraynada qalib gələrsə, Rusiyanın təcavüzü digər ölkələrə də keçə bilər, ona görə də NATO üzvləri mümkün qarşıdurmaya fəal hazırlaşmalıdırlar.

Gununsesi.info xəbər verir ki, Stoltenberq bu barədə “Welt am Sonntag”a müsahibəsində bildirib.

NATO-nun baş katibi hesab edir ki, Alyans “onilliklər boyu davam edə biləcək qarşıdurmaya (Rusiya ilə – red.) hazırlaşmalıdır” və buna görə də onun üzvləri müdafiə sənayesini sürətlə genişləndirməlidirlər.

“Əgər Putin Ukraynada qalib gəlsə, Rusiya təcavüzünün başqa ölkələrə yayılmayacağına zəmanət yoxdur”, – deyə o, xəbərdarlıq edib.

Stoltenberqin sözlərinə görə, Rusiya təcavüzünün qarşısını almaq üçün Ukraynanı dəstəkləmək və NATO-nun hərbi potensialına investisiya qoymaq lazımdır, çünki Rusiya artıq öz iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır.

“Biz tez bir zamanda sənaye bazamızı yenidən qurmalı və genişləndirməliyik ki, Ukraynaya tədarükü artıra və öz ehtiyatlarımızı artıra bilək. Bu, sülh dövründə yavaş istehsaldan münaqişə zamanı zəruri olduğu kimi sürətli istehsala keçmək deməkdir”, – baş katib deyib.

Gununsesi.info