NATO-nun Baş katibindən Rusiyaya ÇAĞIRIŞ

  • By admin
  • 20 Noyabr 2021 16:14

Rusiya ilə Ukrayna arasında gərginlik artmaqda davam edir.

Rusiya lideri Vladimr Putin Qərbə “qırmızı cizgilər”ə diqqət yetirməli olduqlarını xatırladarkən, ABŞ Rusiya təcavüzünə qarşı Ukraynanın yanında olduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Almaniya kansleri Angela Merkellə Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Alyans Ukrayna sərhədindəki vəziyyəti diqqətlə izləyir.

Kiyevi dəstəkləməyə davam edəcəklərini bildirən Stoltenberq Rusiya qüvvələrinin Ukrayna sərhədlərinə yaxın cəmləşdiydən xəbərdar olduqlarını vurğulayıb və Rusiyanı şəffaf olmağa, gərginliyi artırmamağa, Ukrayna ilə gərginliyi azaltmağa çağırıb.

Gununsesi.info