NATO-nun baş katibinin ABŞ və Kanadaya səfəri gözlənilir

  • By ilhame
  • 14 İyun 2024 22:58

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Məlumata görə, Baş katib iyunun 17-də o, Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

 

Stoltenberq dövlət katibi Antoni Blinkenlə də görüşəcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

 

Kanadada isə onun Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.

Gununsesi.info